Ukrayna ABŞ siz nə qədər tab gətirəcək? AÇIQLAMA | Icma.az
Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nin hərbi yardımı olmadan Ukrayna indiki səviyyədə yaya qədər mübarizə apara bilər.
Sfera.az xəbər verir ki, bu haqda məlumatı “The Wall Street Journal” Pentaqondakı mənbələrə istinadən açıqlayıb.
Jurnal yazır ki, ABŞ-nin silah yardımı olmasa yay aylarında Ukrayna çətinlikləri hiss etməyə başlayacaq.
Bundan sonra Kiyev hava müdafiə sistemləri də daxil olmaqla ən müasir silahlarını itirə bilər.
Adı açıqlanmayan bir Pentaqon rəsmisi deyib ki, indi Ukrayna hərbi texnika təminatının 55 faizini özü ya istehsal edir, ya da digər ölkələrdən öz pulu ilə alır.
Qalan silahların 20 faizi ABŞ-dən, 25 faizi Avropadan çatdırılır.
Ukrayna ildə 2,5 milyon ədəd artilleriya və minaatan mərmisi istehsal edir.
Tam oxu
Xəbəri oxu