Ukrayna ABŞ üçün 2 ci Əfqanıstan ola bilər VİDEO

22.07.2025

Icma.az, Azvision portalına istinadən məlumat verir.

AzVision.az xəbər verir ki, “Bloomberg” agentliyinin yazdığına görə, Əfqanıstan Baydenə risk yaratdığı kimi, Ukrayna da Trampa belə risk yaradır.
“İlk baxışda ABŞ-nin Ukraynaya müdaxiləsinin Əfqanıstanda 20 illik müharibə ilə çox az oxşarlığı var. Bununla belə, prezident Donald Tramp üçün oxşar cəhətlər mövcuddur: münaqişənin həlli çətinləşib. Bundan əlavə, bu, nə qədər uzanarsa, onun məsuliyyət daşıma, hətta ola bilsin ki, qünahı olması riski bir o qədər yüksəkdir”, - materialda vurğulanır.
Avropa Trampın mövqeyini dəyişəcəyindən qorxur | VİDEO Xatırladaq ki, iyulun 14-də Ağ Evin rəhbəri ABŞ-nin NATO müttəfiqləri vasitəsilə Ukraynaya Amerika silahlarının tədarükü üçün yeni sxem açıqlayıb. Bundan əlavə, Donald Tramp Moskvaya ultimatum verib: Ukraynada döyüşlər 50 gün ərzində dayanmasa, Vaşinqton Moskva və onun tərəfdaşlarına qarşı 100%-lik ikinci dərəcəli tariflər tətbiq ediləcək.
Lakin NATO-ya üzv olan bir sıra Avropa ölkələri öz vəsaitləri hesabına Ukraynanı Amerika istehsalı olan silahlarla təchiz etmək planına qoşulmaq fikrində deyillər.
Eyni zamanda, Amerikanın bəzi media-resurslarının yazdığına görə, Trampın 50 günlük möhlət hədəsinə məhəl qoymayan Rusiya Ukraynaya zərbələri və onun ərazilərinin işğalını dayandırmır.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью