Ukrayna, ABŞ və Rusiya sabah bunları müzakirə edəcək KİV

09.11.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna, ABŞ və Rusiya artıq sabah görüşlərə başlayacaqlar. Danışıqların əsas mövzusu Ukrayna üçün təhlükəsizlik zəmanətləri və Avropada gələcək təhlükəsizlik arxitekturası olacaq.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

“ABŞ atəşkəs əldə olunacağı təqdirdə, Rusiyanın yeni hücumunun qarşısının necə alına biləcəyini müzakirə etmək istəyir. Vaşinqton ümid edir ki, Moskvanın Avropanın gələcək təhlükəsizliyi ilə bağlı müzakirələrə cəlb edilməsi onun ərazi iddiaları ilə bağlı mövqeyini yumşaltmağa və danışıqlardakı çıxılmaz vəziyyəti aradan qaldırmağa kömək edəcək”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin Əbu-Dabidə noyabrın 10–11-də üçtərəfli danışıqlar aparması planlaşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью