Ukrayna Aİ dən 30 milyard avrodan çox vəsait alacaq

21.01.2025

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kiyev Aİ-dən 30,6 milyard avro almağı gözləyir.
Demokrat.az
xəbər verir ki, bunu Ukrayna Maliyyə Nazirliyinin rəhbəri Marçenko deyib. 
Beləliklə, 18,1 milyard avro vəsaitin transferi G7-nin Ukrayna üçün Fövqəladə Gəlirlərin Sürətləndirilməsi (ERA) təşəbbüsü çərçivəsində Rusiya Federasiyasının dondurulmuş aktivlərindən əldə edilən gəlirdən, 12,5 milyard avro - Ukrayna Mexanizmi aləti çərçivəsində maliyyə yardımından istifadə etməklə təmin ediləcək. 
Qeyd olunur ki, Avropa İttifaqı 2022-ci ilin fevralından Ukraynaya birbaşa büdcə yardımının ən böyük donoru olub. O vaxtdan Kiyevə 45 milyard avro köçürülüb.
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью