Ukrayna Aİ dən hərbi ehtiyaclar üçün 3,8 milyard avro alıb

30.06.2026

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Avropa İttifaqının "Ukraine Support Loan" adlı yeni proqramı çərçivəsində ilk 3,8 milyard avro həcmində müdafiə yardımı alıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko teleqram kanalında yazıb.

Onun sözlərinə görə, ayrılan vəsait ölkənin prioritet müdafiə ehtiyaclarının maliyyələşdirilməsinə yönəldiləcək.

"Bu vəsait Ukrayna istehsalı olan pilotsuz uçuş aparatlarının hazırlanmasına, müdafiə-sənaye kompleksinin imkanlarının gücləndirilməsinə və cəbhədəki hərbçilərin təcili ehtiyaclarının təmin olunmasına sərf ediləcək", – deyə baş nazir bildirib.

Bundan əvvəl Polşa parlamenti sədrinin müavini Kşiştof Bosak Ukraynaya maliyyə yardımının dərhal dayandırılmasına çağırış edib. O bildirib ki, Polşa Avropa İttifaqına vəsait ödəyir, Aİ isə həmin pulları Kiyevə yönəldir. Siyasətçinin fikrincə, bunun nəticəsində Polşa vətəndaşlarının üzərinə uzun illər ödənilməsi lazım gələcək borc yükü düşür.

Xatırladaq ki, mayın 28-də Ukrayna Ali Radası Avropa İttifaqı ilə 90 milyard avro məbləğində maliyyə yardımını nəzərdə tutan kredit sazişini ratifikasiya edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью