Ukrayna Aİdən 150 milyon avro qrant yardımı alıb | Icma.az
Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq. Avropa İttifaqı sürətli bərpa üçün Ukrayna büdcəsinə 150 ​​milyon avro məbləğində qrant
Gununsesi.info xəbər verir ki, Ukraynanın Maliyyə Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumatda bildirilib ki, vəsait ibtidai sinif şagirdlərinin pulsuz qidalanmasına (65 milyon avro), liman infrastrukturunun bərpasına (50 milyon avro), kənd təsərrüfatının dəstəklənməsinə (20 milyon avro) və mühüm infrastrukturun bərpasına (15 milyon avro) sərf olunacaq.
Vəsaitlər Ukrayna ilə Aİ arasında “Ukraynanın sürətli bərpasına dəstək” proqramının maliyyələşdirilməsinə dair saziş çərçivəsində ikinci tranşdır və ümumi həcmi 300 milyon avrodur.
Ukrayna 150 milyonluq ilk tranşı 2023-cü ilin dekabrında alıb.
Qeyd edək ki, 2025-ci ildə Avropa İttifaqı Ukraynaya 30 milyard avrodan çox dəstək verməyi planlaşdırır ki, bu da Ukrayna büdcəsinin maliyyə kəsirini demək olar ki, tamamilə ödəyəcək.
Şəbnəm Gununsesi.info Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu