Ukrayna Ali Radası ABŞ ilə razılaşmanın reallaşması üçün qanunlara düzəlişləri qəbul etdi

04.06.2025

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna Ali Radası ölkənin Büdcə Məcəlləsinə ABŞ ilə faydalı qazıntılar üzrə sazişin həyata keçirilməsi üçün zəruri olan düzəlişləri ikinci və yekun oxunuşda təsdiqləyib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə parlamentin deputatı Yaroslav Jeleznyak öz "Telegram" kanalında yazıb.

"Rada, nəhayət, faydalı qazıntılar üzrə sazişin həyata keçirilməsi üçün Büdcə Məcəlləsinə dəyişiklikləri təsdiqləyib. 309 deputat lehinə səs verib. İkinci oxunuşda mətndə, demək olar ki, heç nə dəyişməyib", - deyə o bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью