Ukrayna Ali Radası çərkəz xalqının soyqırımını tanıyıb

10.01.2025

Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Keçmişin hadisələrini görməməzliyə vursaq, konkret insanlar insanlığa qarşı dəhşətli cinayətləri təkrarlayacaqlar”

Ukrayna Ali Radası çərkəz xalqının soyqırımını tanıyıb. AYNA xəbər verir ki, bu barədə Ukrayna Parlamentinin Mətbuat Xidməti məlumat yayıb.

Deputatların qəbul etdiyi 11347 nömrəli qərarda deyilir: “Çərkəzlərin (Adıge) kütləvi şəkildə məhv edilməsi və onların öz tarixi vətənlərindən zorla qovulmasının bütün soyqırım əlamətlərinin olduğu qəbul edilsin;

bu cinayətin bütün qurbanlarının xatirəsi ehtiramla yad edilsin;

Rusiya imperiyasının yüz minlərlə çərkəzin ölümünə səbəb olan hərəkətləri pislənilsin;

bütün ölkələri və beynəlxalq təşkilatları çərkəzlərin kütləvi şəkildə qırğını soyqırım kimi tanımağa çağırırıq;

Hazırkı Rusiya rejiminin zülm və təcavüz ideologiyasını dəstəkləmək üçün tarixi faktları təhrif etmək cəhdləri pislənilsin”.

Ali Radanın birinci vitse-spikeri Oleksandr Kornienko bildirib ki, “keçmişin hadisələrini görməməzliyə vursaq, konkret insanlar insanlığa qarşı dəhşətli cinayətləri təkrarlayacaqlar".

Qeyd edək ki, soyqırımı 1763-1864-cü illərdə Rusiya-Qafqaz müharibəsi zamanı Rusiya imperiyası tərəfindən törədilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью