Ukrayna Ali Radası hərbi vəziyyətin müddətini daha üç ay uzatdı

26.10.2026

Icma.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Ali Radası ölkədə hərbi vəziyyətin müddətinin 2027-ci il yanvarın 29-dək uzadılmasını təsdiqləyib. 
Bizim.Media xəbər verir ki, müvafiq qanun layihəsinin lehinə 293 deputat səs verib.
Əvvəlki parlament qərarına əsasən, Ukraynada hərbi vəziyyət oktyabrın 31-dək qüvvədə idi.
Yeni qərarla onun müddəti 90 gün uzadılıb və 2027-ci il yanvarın 29-dək müəyyən edilib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью