Ukrayna Ali Radasının vitse spikeri Azərbaycana təşəkkür edib

20.04.2026

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana aparılıb.

XQ xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının vitse-spikeri Olena Kondratyuk sosial media hesabında paylaşım edib.

Vitse-spiker Ukraynanın müharibədən təsirlənmiş azyaşlı vətəndaşlarına göstərilən xüsusi diqqət və dəstəyə görə Azərbaycana minnətdarlığını ifadə edib:

"29 ukraynalı uşaq psixoloji və sağlamlıq reabilitasiyası üçün Azərbaycana göndərilib. Bu, cari ildə aparılan üçüncü qrupdur. İndiyədək 500-dən çox uşaq reabilitasiya məqsədilə bu ölkədə olub. Müharibədən zərər çəkmiş ukraynalı uşaqlara göstərilən dəstək və diqqətə görə Azərbaycana təşəkkür edirik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью