Ukrayna Almaniyadan 2.2 milyardlıq HHM sistemləri alır

28.05.2025

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Almaniyadan 2.2 milyard avro dəyərində İRİS-T hava hücumundan müdafiə sistemləri alacaq.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə naziri Rüstəm Umerov məlumat verib.

“Diehl Defence” şirkəti ilə İRİS-T sistemlərinin və onların raketlərinin istehsalı üçün müqavilə imzalanıb. Müqavilənin ümumi dəyəri 2,2 milyard avrodur”, - Umerov bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью