Ukrayna artıq boş vədlərə inanmır | Icma.az
Modern.az saytına istinadən Icma.az xəbər verir. Bu gün Budapeşt Memorandumunun imzalanmasından 31 il keçir.
Bu sənəd sonradan “uğursuz təhlükəsizlik razılaşması” anlayışının sinoniminə çevrildi. Ukrayna isə artıq boş vədlərə etibar etmir.
Modern.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” sosial şəbəkəsindəki paylaşımında bildirib.
“Keçmişdə belə acı təcrübəyə malik olduğumuz halda, Ukrayna yalnız ordusunun və silahlarının gücünə etibar edir”, — deyə o, paylaşımında qeyd edib.
Nazir vurğulayıb ki, Ukrayna bu gün “real, ədalətli və uzunmüddətli sülh” üçün etibarlı təhlükəsizlik təminatlarına ehtiyac duyur.
Qeyd edək ki, Budapeşt Memorandumu 1994-cü il dekabrın 5-də imzalanıb.
Sənədə əsasən, Rusiya, Böyük Britaniya və ABŞ Ukraynanın müstəqilliyinə, suverenliyinə və mövcud sərhədlərinə hörmət etmək öhdəliyini üzərlərinə götürüb.
Bundan əlavə, sənədi imzalayan dövlətlər Ukraynanın ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı güc tətbiqi və ya güc tətbiq etməklə hədələməkdən çəkinməyi öhdəlik kimi qəbul ediblər.
Tam oxu
Xəbəri oxu