Ukrayna artıq müharibəni uduzub

25.02.2025

Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna artıq müharibəni uduzub və bununla barışmalıdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "Polsat" telekanalına müsahibəsində Polşanın keçmiş baş naziri Leşek Miller deyib.

"Ukrayna bu müharibəni uduzub. Kim uduzdusa, müxtəlif nəticələri nəzərə almalıdır", - o deyib.

Onun nöqteyi-nəzərindən Ukrayna məsələsində Polşa Avropaya baxmamalıdır, çünki o, hərbi imperiya deyil və ordusu da yoxdur.

"Avropa son dərəcə zəifləyib. Avropa İttifaqı bəzi həvəskarlar tərəfindən idarə olunur", - Miller bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью