Ukrayna ATACMSla Rusiyanın hərbi aerodromunu VURDU: Cavabı olacaq!

12.12.2024

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

"Taqanroqdakı aerodroma endirilən ATACMS raket hücumu cavabsız qalmayacaq".

Sfera.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib. Onun sözlərinə görə, Rusiya münasib hesab etdiyi zamanda cavabı verəcək.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi Kiyevin11 dekabr 2024-cü il tarixində səhər saatlarında Rusiyanın cənubundakı Rostov vilayətindəki Taqanroq aerodromuna hücum etdiyini bildirib. Hücumda ABŞ istehsalı olan 6 ədəd ATACMS ballistik raketindən istifadə edildiyi müəyyən edilib.

ATACMS raketlərinin qalıqlarının düşməsi nəticəsində aerodroma heç bir ziyan dəyməsə də, bir neçə nəfər yaralanıb.

Firuzə Əliyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью