Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Kiyevdə Avropa İttifaqına sərt tələblər irəli sürülüb.
"Ölkə.az" xəbər verr ki, Ukrayna televiziyasında yayımlanan “dəyirmi masa”da iştirakçılar, o cümlədən politoloq Taras Zaqorodnıy və Gennadi Druzenko Avropa İttifaqı qarşısında şərt irəli sürüblər: ya qoşun şəklində hərbi dəstək, ya da irimiqyaslı maliyyə yardımı.
Onların fikrincə, heç də bütün Avropa ölkələri münaqişənin yaratdığı təhlükələrdən xəbərdar deyil. Birbaşa hərbi müdaxilədən imtina edildikdə, onlar Aİ-yə muzdluları maliyyələşdirməyi təklif ediblər.
Bu bəyanatlar Ukrayna cəmiyyətində Avropanın nəyin bahasına olursa-olsun Ukraynanı dəstəkləməyə “məcbur” olduğuna dair artan inamı əks etdirir.