Ukrayna Azərbaycan oyunu üçün Polşaya getdi, həbs olundu

24.10.2025

futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Kiyev “Dinamo”sunun sabiq futbolçusu İvan Yaremçuk Polşada həbs olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

63 yaşlı mütəxəssis oktyabrın 13-də Krakoviyada keçirilən Ukrayna – Azərbaycan oyununu izləmək üçün Polşaya yollanıb. O, Krakov aeroportunda saxlanılıb və həbs olunub.

İlkin ehtimala görə, İvanın həbsinə səbəb onun Çexiyada yaşaması olub.

Ukrayna – Azərbaycan oyunu ukraynalıların qələbəsiylə başa çatıb – 2:1.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью