Ukrayna Azərbaycan və Türkmənistan qazını almaq istəyir | Icma.az
Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ukraynanın Türkmənistandakı səfiri Viktor Mayko “Atlas” Araşdırmalar Mərkəzinin suallarına cavab verib.
Təcrübəli diplomat Ukrayna-Türkmənistan münasibətlərini ümumən müsbət qiymətləndirib: “Siyasi əlaqələrdə təmasların intensiv hal aldığını söyləmək çətindir.
Misal üçün 2015-ci ildən bu yana iki ölkə rəsmiləri arasında qarşılıqlı səfərlər olmayıb.
Buna baxmayaraq, iqtisadi əlaqələrdə inkişaf tempi qeydə alınıb, ticarət əlaqələri il boyu 25-30 faiz artım göstərib.
Ancaq orası da var ki, müharibə iki ölkə arasında lojistik əlaqələrə mənfi təsir edib.
Keçmiş illərdə Ukrayna-Türkmənistan ticarət əlaqələrinin həcmi təxminən 6 milyard dollar civarında idi.
Bunun əsas hissəsi Türkmən qazının nəqli ilə bağlı idi. İndi bu rəqəm 270-300 milyon dollar səviyyəsinə enib.
Tam oxu
Xəbəri oxu