Ukrayna Azərbaycana təşəkkür etdi

11.08.2025

Icma.az, Axar.az saytına istinadən bildirir.

Ukraynaya davamlı humanitar dəstəyə görə Azərbaycana minnətdarıq.

Axar.az xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədr müavini Yelena Kondratyuk özünün X hesabında yazıb.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə Azərbaycan Respublikasında istehsal olunan elektrik avadanlığının satın alınması və göndərilməsi üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Energetika Nazirliyinə 2 milyon ABŞ dollarının manat ekvivalentində vəsait ayrılması barədə sərəncam imzalayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью