Ukrayna “Azot”u belə vurub

08.06.2025

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Müşahidə kamerası Tula bölgəsindəki “Azot” kimya zavodunda pilotsuz uçuş aparatlarının hücumundan sonra baş verən partlayış anını qeydə alıb.

“Cebehinfo.az” xəbər verir ki, məlumatı SHOT “Telegram” kanalı yayıb. Pilotsuz təyyarənin vurulması anında baş verən parlaq parıltı görünür, daha sonra isə partlayış səsi eşidilir.

Bundan əvvəl vilayətin qubernatoru Dmitri Milyaev iyunun 8-nə keçən gecə bölgə üzərində bir neçə Ukrayna PUA-nın vurulduğunu təsdiqləyib.

Onun sözlərinə görə, “Azot”da yanğın artıq söndürülüb və hadisədən sonra havada yol verilən çirkləndiricilərin normadan artıq olması qeydə alınmayıb. Hadisə nəticəsində iki nəfər yaralanıb.

Xəzər
“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью