Ukrayna Azov dənizində Rusiyaya məxsus 8 tankeri vurub

07.07.2026

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İyulun 7-nə keçən gecə Ukrayna ordusu Azov dənizində Rusiyanın "kölgə donanması"na məxsus 8 yanacaq tankeri, bir quru yük gəmisi və bir bərə aşkar edərək vurub.

APA xəbər verir ki, bu barədə Ukrayna Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi "Telegram" kanalında məlumat və zərbələrin video görüntüsünü paylaşıb.

Brovdi qeyd edib ki, vurulan bütün tankerlər beynəlxalq sanksiyalar altındadır və 2006–2012-ci illərdə inşa edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью