Ukrayna Bakıya gələcək heyətində dəyişiklik edib

08.02.2025

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynanın cüdo millisi fevralın 14-16-da Bakıda keçiriləcək “Böyük Dəbilqə” turniri üçün heyətində dəyişiklik edib.

İdman.biz xəbər verir ki, komandada əvvəlcə 6 idmançı yer alsa da, sonra Artem Lesyuk (60 kq) və Diana Semçenko (+78 kq) siyahıdan çıxarılıblar.

Bununa belə, yarışa vaxtilə ölkəmizdə fəxri kürsüyə yüksəlmiş iki idmançı gələcək. Onlardan Yuliya Kurçenko (78 kq) ötən il “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb, Dilşod Xalmatov (60 kq) isə 2022-ci ildə finalda mübarizə aparıb.

Bakıda həmçinin Yevgeni Balievski (+100 kq) və Kristina Qoman (+78 kq) da mübarizə aparacaqlar.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью