Ukrayna barədə sual Ağ Ev rəhbərini təəccübləndirdi

25.02.2025

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla keçirdiyi mətbuat konfransında Ukraynanın bərpasına yardım etmək barədə suala təəccüblənib.

Oxu.Az bu barədə "C-SPAN"a istinadən xəbər verib.

"Düşünürəm ki, bu, bir az qəribə sualdır, çünki siz soruşdunuz ki, biz Birləşmiş Ştatlar adından Ukraynaya töhfə verəcəyikmi? Yəni, mənə elə gəlir ki, biz artıq oraya təxminən 350 milyard dollar yatırmışıq və bu, olduqca böyük bir töhfədir", - deyə ABŞ lideri bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью