Ukrayna Baş Prokurorluğunda axtarış aparılır Saxlanılan var

04.09.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu respublikanın Baş Prokurorluğunun ofisində axtarışlar həyata keçirir. 
Bizim.Media xəbər verir ki, bu barədə adı çəkilən qurumların "Telegram" kanallarında məlumat yayılıb. 
“Ukrayna Milli Antikorrupsiya Bürosu və Xüsusi Antikorrupsiya Prokurorluğu Ukrayna Baş Prokurorluğunun rəsmi şəxsinin rəhbərlik etdiyi, fırıldaqçı çağrı mərkəzləri şəbəkəsinə himayədarlıq edilməsi və əmlakın leqallaşdırılmasında əli olan cinayətkar qruplaşmanın ifşa olunması üzrə xüsusi əməliyyat keçirir", — deyə məlumatda bildirilib.
Əməliyyatın təfərrüatları hələlik açıqlanmır.
"Ukrayinska Pravda" nəşri xəbər verir ki, hazırda Baş Prokurorluğun ofisində axtarışlar davam edir. Jurnalistlərin məlumatına görə, kibercinayətkarlıq departamentinin rəhbəri Sergey Krapiva saxlanılıb.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью