Ukrayna Baş Qərargahı cəbhədəki son vəziyyəti açıqladı

23.08.2026

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi operativ məlumatında bildirib.

Ötən sutka ərzində cəbhə xəttində 254 döyüş toqquşması qeydə alınıb. Rusiya ordusu 98 hava zərbəsi endirib, 11 859 kamikadze-dron tətbiq edib və yaşayış məntəqələrini 3 318 dəfə atəşə tutub.

Öz növbəsində Ukrayna Qüvvələri düşmənin canlı qüvvəsinin cəmləşdiyi 3 ərazini, pilotsuz uçuş aparatlarının (PUA) 4 idarəetmə məntəqəsini və 1 komanda məntəqəsini sıradan çıxarıb.

Əsas döyüşlər Konstantinovka (25 hücum), Pokrovsk (24 hücum), Cənubi Slobojansk (21 hücum) və Qulyaypol (15 hücum) istiqamətlərində gedib. Bütün hücum cəhdlərinin qarşısı alınıb.

Qeyd olunub ki, son sutka ərzində Rusiya ordusu daha 1 310 canlı qüvvə itirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью