Icma.az bildirir, Qaynarinfo portalına istinadən. 8 yanvar gecəsi Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Saratov vilayətindəki Engels şəhərində
Nəticədə böyük miqyaslı yanğın baş verib və çoxsaylı partlayışlar qeydə alınıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Hədəf Engels-2 hərbi aerodromunu yanacaqla təmin edən "Kristall Kombinatı” olub.
Həmin aerodrom işğalçıların strateji aviasiyası üçün mühüm əhəmiyyət daşıyır.
Baş Qərargahın məlumatına görə, hədəfin vurulması ilə bağlı ətraflı məlumatlar dəqiqləşdirilir.
Zərbə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi və Silahlı Qüvvələrin pilotsuz uçuş sistemləri qüvvələri tərəfindən digər Müdafiə Qüvvələri komponentləri ilə qarşılıqlı əlaqədə həyata keçirilib.
Bildirilir ki, bu hücum Rusiya strateji aviasiyasının logistikasında ciddi problemlər yaradır və onların Ukraynaya qarşı hücum imkanlarını azaldır.