Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ukraynanın Baş Kəşfiyyat İdarəsinin rəisi Oleq İvaşçenko "The Times" qəzetinə verdiyi müsahibədə Kiyevin yenidən Belarus ərazisinə zərbələr endirəcəyini istisna etməyib.
“Bakupost” xəbər verir ki, o, Moskvanın sərhəd boyunca Belarus releyayım ötürmə stansiyalarından istifadə etdiyini və Kiyevin bunun öhdəsindən gəlmək üçün kifayət qədər imkana malik olduğunu iddia edib.
Qeyd edək ki, Belarusla sərhəddə iyun ayında da anoloji situasiya yaranmışdı. O vaxt Ukrayna prezidenti Volodimir Zelenski Minskə releyayım stansiyalarını sökmək üçün bir həftə vaxt verdi. Nəticədə Minsk həmin obyektlərin fəaliyyətini dayandırmalı oldu. Belədə, tərəflər arasında gərginlik azaldı.
Amma rəsmi Kiyevin açıqlamasından belə görünür ki, Moskva yenidən Belarusdakı həmin ötürücü stansiyalardan istifadə edir.
Belarus isə hələlik məsələyə münasibət bildirməyərək, susmağa üstünlük verir.
Görəsən, həmin məsələ ilə bağlı durum bu dəfə necə cərəyan edəcək?
Siyasi şərhçi Taleh Əliyev “Bakupost”a bildirib ki, Rusiya hələ də özünün imperiya ambissiyası və işğalçılıq siyasətindən əl çəkmir:
“Zaman-zaman müxtəlif təzyiq və təhdid vasitələrindən istifadə edərək, Ukraynaya qarşı işğalçılıq planlarını gerçəkləşdirmək istəyir. Sözügedən məsələyə gəldikdə, iyunda Ukrayna Prezidenti Volodimir Zelenskinin sərt açıqlamasından sonra Minsk geri çəkildi. Belarus prezidenti Putinə görə özünü və ölkəsini hədəfə çevirmək istəmədi”.
Müsahibimizin fikrincə, Belarusla Kiyev arasında təkrarlanan problem Moskvanın Minskə təzyiqinin nəticəsidir:
“Görünür, Ukraynanın Rusiyaya qarşı total cavab zərbələri fonunda Moskva Kiyevə qarşı yenidən Belarus ərazisindən istifadə etmək üçün rəsmi Minskə ciddi təzyiq göstərib.
Ukrayna həm daxili imkanlar, həm də xarici dəstək vasitəsilə nəinki Rusiyaya qarşı müqavimət göstərir, həm də uğurlu əks-hücumlarla bu ölkənin özünü də çətin duruma salıb”.
Ekspert bu qənaətdədir ki, Ukraynaya qarşı Belarus ərazisindən istifadəyə son qoyulmasa, Ukrayna tərəfinin itiricəyi bir şey olmadğından Kiyev həmin obyekti vuraraq sıradan çıxarmalı olacaq:
"Hətta mövcud vəziyyətdə Belarusla sərhəddə yeni cəhbə də açıla bilər. Bu isə Kiyevdən daha çox Belarusun öz zərərinə işləyəcək. Belədə, rəsmi Minsk Moskvanın ciddi təzyiqilə üzləşməsə növbəti dəfə sözügedən stansiyanı dayandırmaq məcburiyyətində qalacaq”.
Rüfət Sultan,
BakuPost