Ukrayna Belarusla bu sazişi ləğv etdi

11.02.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ukrayna Nazirlər Kabineti Belarusla rabitə sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişə xitam verib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

“Ukrayna Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında rabitə sahəsində əməkdaşlıq prinsipləri və münasibətlərin şərtləri haqqında sazişə xitam verilib”, - Melniçuk bildirib.

Qeyd edək ki, saziş 1992-ci ilin dekabrın 17-də Kiyevdə imzalanmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью