Ukrayna Belarusla sərhəddə istehkamlar və atəş mövqeləri tikməyə başlayıb

08.01.2025

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ukrayna Volın vilayətində Belarusla sərhəddə istehkamlar tikməyə və atəş mövqeləri qurmağa başlayıb.

APA “UNN”-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko məlumat yayıb.

“Bu istiqamət bizə təhdid doğurur. Bu ərazidə mühəndis istehkamları ilə yanaşı, dayaq nöqtələrinin, atəş mövqelərinin və səngərlərin yaradılması da həyata keçirilir”, - Demçenko qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью