Ukrayna Belqoroda 32 PUA ilə hücum edib | Icma.az
Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 37 pilotsuz uçuş aparatı və 32 hərbi sursatdan istifadə etməklə Belqorod vilayətinin 8 rayonuna zərbələr endirib.
İki 16 yaşlı yeniyetmə yaralanıb. Bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.
Onun sözlərinə görə, Valuyski bələdiyyə rayonunun Borki, Dvuluçnoye, Dolqoe, Konoplyanovka kəndlərinə və Ryabiki fermasına 17 pilotsuz təyyarə ilə hücum edilib, onlardan 13-ü məhv edilib.
Borki kəndində isə 16 yaşlı iki yeniyetmə partlayıcı qurğunun atılması nəticəsində yaralanıb, ticarət obyektinə və fərdi yaşayış evinin hasarına ziyan dəyib.
Cavid Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu