Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Ukrayna qüvvələri Belqorod vilayətinin Krasnoyarujsk rayonunda PUA vasitəsilə avtomobilə hücum edib, nəticəsdə 3 nəfər həlak olub.
Axar.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Teleqram kanalında deyib.
"Ukrayna qüvvələrinin növbəti hücumu nəticəsində 3 mülki şəxs həlak olub. Krasnoyarujsk rayonunun Qrafovka kəndinin girişində dron hərəkətdə olan avtomobili vurub. Avtomobildə olan 3 nəfər ölüb", - o bildirib.