Ukrayna beynəlxalq ehtiyatlarının 20% ni itirib

07.06.2026

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

2026-cı ilin əvvəlindən bəri Ukrayna Qərb ölkələrindən gələn yardımların azalması və xarici borcların ödənilməsi səbəbindən beynəlxalq ehtiyatlarının 20%-ni itirib.

"Ölkə.az" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Hesablamalara görə, ilin əvvəlindən bəri Ukraynanın beynəlxalq ehtiyatları 57,3 milyard dollardan 45,7 milyard dollara düşüb. Ən böyük xərc (14,473 milyard dollar) Milli Bankın valyuta intervensiyası olub.

Bununla paralel olaraq, 2026-cı ilin ilk beş ayında Ukrayna Dünya Bankından, Avropa Birliyindən və Beynəlxalq Valyuta Fondundan 5,02 milyard dollar alıb ki, bunun da 3,05 milyard dolları ölkəyə mart ayında gəlib.

Bundan əvvəl Rusiyanın beynəlxalq ehtiyatlarının 774,8 milyard dollar təşkil etməsi barədə məlumatlar yayılmışdı. Statistika 10 aprel tarixinə qədər dövrü əhatə edirdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью