Ukrayna bəzi müdafiə sənayesi obyektlərini Danimarkada yerləşdirəcək

06.10.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Ukrayna Danimarka ilə bu ölkənin ərazisində yeni birgə hərbi istehsal müəssisələrinin yaradılmasına dair memorandum imzalayıb.

APA xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal məlumat verib.

"Ukraynanın müdafiə şirkətləri Danimarkada yeni birgə istehsal layihələri həyata keçirəcək. Bu, bu gün danimarkalı həmkarlarımız - müdafiə naziri Troels Lund Poulsen, sənaye, biznes və maliyyə naziri Morten Bodskov və xarici işlər naziri Lars Lökke Rasmussen ilə imzalanmış anlaşma memorandumunda nəzərdə tutulub", - o “Telegram” kanalında yazıb.

O bildirib ki, sənəd birgə obyektlərin yaradılmasını, texnologiya mübadiləsini, birgə layihələrin həyata keçirilməsi üçün Aİ-nin maliyyə vəsaitinin cəlb edilməsini nəzərdə tutur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью