Ukrayna bir ildə 800 min vətəndaş itirib Şok

14.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Ukraynada demoqrafik vəziyyət kritik olaraq qalır.

Axar.az xəbər verir ki, bunu Ukraynanın Miqrasiya Siyasəti İdarəsinin rəhbəri Vasili Voskoboynik deyib.

Voskoboynik bildirib ki, hazırda Ukraynada doğulanların sayından üç dəfə çox insan ölür.

Bundan əlavə, onun sözlərinə görə, bu mənfi tendensiya bu ilin birinci yarısında kritik həddə çatıb.

"Unutmamalıyıq ki, bu ilin birinci yarısında Ukraynada doğulan hər uşağa üç yarım ölüm düşür. 10 nəfər doğulub, 35 nəfər ölüb", - Voskoboynik bildirib.

İdarə rəhbəri əlavə edib ki, ölkədən vətəndaşların davamlı axını da vəziyyətin xeyli pisləşməsinə səbəb olur:

“Bu iki amilin birləşməsi mövcud demoqrafik mənzərəyə gətirib çıxarır və bu, cəmi bir ildə 800 min vətəndaşın itirilməsinə səbəb olub”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью