Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ukrayna Ali Radasının Söz azadlığı komitəsinin sədri Yaroslav Yurçişin ölkədə rus dilindən istifadə ilə bağlı sərt açıqlama verib.
Hurriyyet.media xəbər verir ki, deputat “rusdilli ukraynalı” anlayışını qəbul etmədiyini bildirib.
Yurçişin deyib:
“Rusdilli ukraynalılar yoxdur. Ya rusiyalılar var, ya da Rusiyanın öz mədəni dünyasına çəkdiyi və faktiki olaraq xainə çevirdiyi ukraynalılar var”.
Deputat həmçinin bildirib ki, hazırda rus dilində aktiv ictimai fəaliyyətə məhdudiyyətlər tətbiq olunur və mədəniyyətlə incəsənət də ictimai fəaliyyət sahəsinə daxildir. Onun sözləri rus dilində mahnı ifa edən ukraynalı sənətçilərlə bağlı suala cavab zamanı səslənib.