Ukrayna bircə zərbə ilə Rusiyanın neft emalı gücünün 5% ni zədələdi... RUSLAR PANİKADA... …
Moderator.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Yanvarın 29-na keçən gecə Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Kstovo şəhərindəki Nijni Novqorod neft emalı zavoduna hücum edib.
O, Ukraynanın şimalında cəbhə xəttindən 800 kilometrdən çox məsafədə yerləşir.
Partlayışlar səhərə qədər davam edən böyük yanğına səbəb olub.
Rusiya mediası artıq bu hücum və Ukraynanın təcavüzkar ölkənin əsas sənayesi üçün mühüm əhəmiyyət kəsb edən 30-a yaxın Rusiya neft emalı zavoduna endirdiyi digər zərbələrdən panikaya düşüb.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bu barədə "Forbes" jurnalının əməkdaşı Devid Eks yazır.
Ukrayna iki ilə yaxındır Rusiyanın neft obyektlərinə hücum edir. Bununla belə, son bir ay ərzində əhəmiyyətli bir eskalasiya baş verib.
Təkcə Kstovo zavodu ildə 13 milyon barel neft emal edir ki, bu da Rusiyada ümumi neft emalı həcminin təxminən 5%-ni təşkil edir.
Tam oxu
Xəbəri oxu