“Ukrayna BMT dili qadağan edilən yeganə ölkədir”

15.05.2026

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ukrayna BMT-nin rəsmi dilinin qadağan olunduğu yeganə ölkə olaraq qalır.

Redaktor.az xəbər verir ki, rusiyalı jurnalistlərlə söhbəti zamanı Sergey Lavrov Ukraynada həyatın müxtəlif sahələrində rus dilinə məhdudiyyətlərin tətbiq olunduğunu iddia edib.

Nazir qeyd edib ki, rus dili BMT-nin rəsmi dillərindən biridir.

Ukraynanın mədəniyyət naziri Tatyana Berezhnaya isə daha əvvəl bildirib ki, ukraynalıların 70 faizdən çoxu rusdilli məzmundan istifadə etməyə üstünlük verir.

Aminə ŞAHSUVARQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью