Ukrayna BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı

30.10.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna şəhərlərinə Rusiyanın endirdiyi kütləvi zərbələr nəticəsində mülki şəxslərin həlak olması səbəbindən BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik “X” sosial şəbəkə hesabında məlumat verib.
O bildirib ki, Dnepr, Çerniqov və Kremençuqda Rusiya tərəfindən həyata keçirilən son hücumlar nəticəsində 20 ukraynalı həlak olub, onlarla insan yaralanıb.
“Rusiyanın Ukrayna mülki əhalisinə qarşı son barbar əməllərindən sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırırıq”, – deyə Melnik qeyd edib.
Təcili iclasın keçiriləcəyi tarix hələ açıqlanmayıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью