Ukrayna böhranı buna görə yarandı Putin

01.09.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ukraynadakı böhran 2014-cü ildə Kiyevdə Qərbin təhrik etdiyi dövlət çevrilişi nəticəsində yaranıb.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ŞƏT sammitində çıxışı zamanı deyib.

“Bu böhran Rusiyanın Ukraynaya hücumu nəticəsində deyil, Kiyevdə Qərbin dəstəklədiyi və təxribatına məruz qalan dövlət çevrilişi, daha sonra Ukraynanın həmin regionlarının müqavimətini yatırmaq üçün silahlı qüvvələrdən istifadə cəhdləri və bu çevrilişi qəbul etməyən Ukrayna xalqının buna dəstək verməməsi nəticəsində yaranıb”, - o bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью