Ukrayna Bryanska PUA hücumu edib: 2 nəfər ölüb, 6 nəfər yaralanıb

27.10.2026

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Ukraynanın Rusiyanın Bryansk vilayətinə PUA hücumu nəticəsində iki nəfər ölüb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Bryansk vilayətinin qubernatoru Yeqor Kovalçuk bildirib.

Onun sözlərinə görə, ötən gecə kütləvi PUA hücumu nəticəsində 6 nəfər yaralanıb.

Eləcə də, üç çox mənzilli binaya və 11 avtomobilə ziyan dəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью