Ukrayna Bryanskda neft obyektinə hücum edib

29.08.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.

Ukrayna Silahlı Qüvvələri bu gecə Bryansk vilayətində (Rusiya) neft nasos stansiyasına zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahına istinadən məlumat yayıb.

Ukrayna Silahlı Qüvvələrinin bölmələri Bryansk vilayətinin Naytopoviçi yaşayış məntəqəsi yaxınlığındakı xətti istehsal stansiyasını atəşə tutub.

Məlumata görə, bu stansiya magistral boru kəmərləri vasitəsilə dizel yanacağının aşırılmasını həyata keçirir və bu yanacaq xüsusilə Rusiya qoşunlarının ehtiyacları üçün nəzərdə tutulub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью