Ukrayna bu əraziləri ruslardan geri aldı

26.02.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ukrayna müdafiə qüvvələri Donetsk vilayətinin Pokrovsk rayonu istiqamətində Kotlin qəsəbəsini nəzarətə götürüblər.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Xortitsa” qoşun qrupu məlumat yayıb.

Bildirilir ki, hücum əməliyyatları zamanı Ukrayna hərbçiləri qəsəbəni ruslardan tamamilə təmizləyiblər.

“Kənd işğalçılara Pokrovsk-Dnepr magistral yoluna çıxmağa imkan verəcəkdi, ona görə də düşmən onun işğalı üçün ciddi qüvvə səfərbər etmişdi. Qüvvələrimiz işğalçılara Kotlində möhkəmlənməyə imkan verməyiblər və onları kənddən qovublar. Əməliyyatlar nəticəsində düşmən qüvvələri darmadağın edilib”, - məlumatda deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью