Ukrayna bu il 4,5 milyon pilotsuz təyyarə almağı planlaşdırır

10.03.2025

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Ukrayna 2025-ci ildə 4,5 milyon pilotsuz təyyarə almağı planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi mətbuat xidməti məlumat yayıb.

“Əgər 2023-cü ildə Müdafiə Nazirliyi minlərlə pilotsuz təyyarə alıbsa, 2024-cü ilin sonuna qədər Ukraynanın Xüsusi Rabitə və İnformasiyanın Mühafizəsi üzrə Dövlət Xidməti ilə birlikdə biz 1,5 milyondan çox pilotsuz təyyarə almışıq”, - deyə məlumatda bildirilir.

Bu məbləğin 96 faizi Ukrayna istehsalçılarına və təchizatçılarına ödənilib. Bu, Ukraynanın PUA istehsalı sənayesinin inkişafına müsbət təsir göstərdi.

“Bu il rəqəmlər daha da çox olacaq, çünki 2025-ci ildə yerli müdafiə sənayesinin imkanları təxminən 4,5 milyon FPV pilotsuz təyyarəsi təşkil edəcək. Müdafiə Nazirliyi isə onların hamısını almağı planlaşdırır”, - deyə nazirliyin məlumatında qeyd edilib.

Mətbuat xidməti bildirib ki, bu il Müdafiə Nazirliyi pilotsuz təyyarələrin alınmasına 110 milyard qrivnadan çox, o cümlədən Müdafiə Təchizatları Agentliyi vasitəsilə 102 milyard qrivnadan çox vəsait ayıracaq.

Kanevskinin sözlərinə görə, 2025-ci il üçün bütün satınalma planlarına büdcə vəsaiti daxil olub ki, bu da cəbhəni mümkün qədər tez pilotsuz uçuş aparatları ilə təmin etməyə imkan verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью