525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Bu il Polşa vasitəsilə ilk Amerika mayeləşdirilmiş təbii qaz (LNG) partiyası Ukraynaya çatdırılıb.
525.az xəbər verir ki, bu barədə "Naftogaz Ukrayna" məlumat yayıb.
Tədarükün həcmi təxminən 100 milyon kubmetr təşkil edir. LNG-nin çatdırılması Polşanın dövlətə məxsus ORLEN şirkəti ilə tərəfdaşlıq çərçivəsində baş tutub.
"Yanvar ayının sonunda Polşanın Şvinouysçe şəhərindəki terminala çatdırılan təxminən 100 milyon kubmetr həcmində qaz artıq Ukrayna qaz ötürmə sisteminə daxil olub", - məlumatda deyilir.
Pərvanə Sultanova