Ukrayna bu konvensiyadan çıxdı

15.07.2025

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ukrayna Ali Radası “Piyada əleyhinə minaların istifadəsi, yığılması, istehsalı və ötürülməsinin qadağan edilməsi və onların məhv edilməsi haqqında Konvensiya”dan (Ottava Konvensiyası) çıxmaq haqqında qanun qəbul edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə ukraynalı deputat Yaroslav Jeleznyak “Telegram” kanalında məlumat verib.

Qeyd olunur ki, qanun layihəsini parlamentdə iştirak edən 305 deputatdan 299-u dəstəkləyib. Həmçinin sənədin təcili imzalanması təklifini 305 deputatın hamısı dəstəkləyib.

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью