Ukrayna bu qədər əsgər itirib Zelenski elan etdi

05.02.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukrayna Silahlı Qüvvələri Rusiyaya qarşı döyüşlər zamanı 45 100 əsgər itirib.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.

“Dəqiq rəqəmlər bizim üçün çox vacibdir. 45 100 nəfər ölüb, 390 000-ə yaxın yaralanma faktı var”, - Zelenski bildirib.

Onun sözlərinə görə, sağalıb döyüşə qayıdanlar və təkrar yaralananlar da bu statistikaya daxildir.

Qeyd edək ki, 2024-cü ilin fevralında Zelenski cəbhədə 31.000 əsgərin öldüyünü açıqlamışdı. Dekabrın 8-də isə Ukraynanın döyüş meydanında 43 min əsgər itirdiyini, 370 min əsgərin yaralandığını demişdi.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью