Ukrayna bu şəhər uğrunda qanlı döyüşlər aparır

18.04.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Ukrayna Silahlı Qüvvələri ehtiyat qüvvələrini Kursk istiqamətindən Donetskin Pokrovsk (Krasnoarmeysk) şəhərinə aparır. Məqsəd şəhəri əldə saxlamaqdır.

Bakupost.az xəbər verir ki, bu barədə RİA Novosti-yə 51-ci Ordunun 60-cı mühafizə taborunun “Mif” ləqəbli komandiri bildirib.

Onun sözlərinə görə, Pokrovsk (Krasnoarmeysk) uğrunda gedən döyüşlərdə Ukrayna Silahlı Qüvvələri “hər metr üçün mübarizə aparır, Kursk vilayətindən ehtiyatları ora köçürür”.

"Mif" şəhərin 2025-ci ilin sonuna qədər azad edilə biləcəyini deyib. Çünki hava əvvəlkindən daha sürətli irəliləməyə imkan verir.

Zaur,BakuPost


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью