Ukrayna bu şəhərə hücum etdi: 15 partlayış, yanğın... Video

02.09.2025

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rusiyanın Rostov vilayətinə dron hücumu nəticəsində güclü partlayışlar və yanğınlar baş verib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

Məlumata görə, Rostovda azı 15 partlayış qeydə alınıb. İki çoxmərtəbəli yaşayış binasında yanğın başlayıb. Şəhərdə təşviş və xaos müşahidə olunur.

Təxliyə edilən sakinlər 115 saylı məktəbdə müvəqqəti yaşayış məntəqəsinə yerləşdirilib. Bununla əlaqədar olaraq sentyabrın 2-dən etibarən məktəblərdə distant formada tədris aparılacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью