Ukrayna buna görə İsraildən qisas almağa hazırlaşır

31.08.2025

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Ukrayna İsraillə artan gərginlik fonunda hasidlərin (mühafizəkarlığı ilə seçilən yəhudilər) Uman şəhərinə dini ziyarətinə qadağa qoya bilər.

Axar.az xəbər verir ki, bu barədə “Yerusalem Post” adı açıqlanmayan Ukrayna rəsmisinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, rəsmi Kiyev İsrailin Baş naziri Benyamin Netanyahunun Müstəqillik Günü şərəfinə Ukrayna liderinə zəng etməmək qərarına gəlməsindən hiddətlənib.

Bununla əlaqədar olaraq, Ukrayna hasidlərin Umanda sentyabrın 22-də başlayacaq bayram tədbirlərinə qatılmasını qadağan etməklə cavab verə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью