Ukrayna bunları etməlidir: ABŞ la razılaşma isə… Lavrov

14.04.2025

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ukraynada nizamlanma ilə bağlı ABŞ-la gələcək hərtərəfli sazişin əsas parametrləri hələ razılaşdırılmayıb.

Axar.az xəbər verir ki, bunu “Kommersant”a müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiyalı nazir qeyd edib ki, nizamlanmanın əsas komponentlərini razılaşdırmaq asan deyil:

“Vaşinqton və Rusiya arasında bu məsələlər müzakirə olunur”.

Lavrov vurğulayıb ki, hərtərəfli saziş yalnız münaqişənin əsas səbəbləri aradan qaldırıldığı halda bağlana bilər:

“Xüsusilə, bu, Ukraynanın NATO-ya üzvlüyünün qarşısının alınmasına və BMT Nizamnaməsinə uyğun olaraq Ukraynada milli azlıqların hüquqlarının bərpasına aiddir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью