Ukrayna bunu etsə NATO ya üzvlüyü müzakirə edilə bilər ABŞ

20.11.2026

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


ABŞ Ukraynanın Donbası Rusiyaya verməsi müqabilində ölkənin NATO-ya üzvlüyünü müzakirə edir.

"Bakupost" xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti yazıb.

Nəşrin məlumatına görə, ABŞ nümayəndələri Avropa rəsmiləri ilə danışıqlar zamanı belə bir təklif irəli sürüblər.

Məlumata görə, ABŞ iki mümkün ssenari təklif edib. Birinci ssenari Ukraynanın Donbasın hazırda Kiyevin nəzarətində olan hissəsindən də imtina etməsi müqabilində NATO-ya tamhüquqlu üzvlüyünü nəzərdə tutur.

İkinci ssenari isə münaqişənin hazırkı cəbhə xətti boyunca dondurulmasını, Donbasın bir hissəsinin Kiyevin nəzarətində qalmasını nəzərdə tutur. Bu halda Ukraynaya təhlükəsizlik zəmanətləri ABŞ ilə müqavilə və Avropa müttəfiqləri ilə razılaşma əsasında veriləcək.

Nəşrin yazdığına görə, hazırda çoxsaylı təkliflər müzakirə olunur. Yekun razılaşmanın əldə edilməsi üçün həm Ukraynanın, həm də Rusiyanın razılığı tələb olunacaq.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski də danışıqlar zamanı bu məsələnin gündəmə gətirildiyini təsdiqləyib. Onun sözlərinə görə, ABŞ tərəfi “Ukrayna NATO-ya üzv olsa, Donbasdan imtina edərmi?” sualını verib.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью